Onlayn oyunlar
MyLive.az-da dostlarınla və yeni insanlarla birlikdə oynaya biləcəyin oyunlar. Oyunların çoxu canlı yayımın içində açılır: masada sən oynayırsan, izləyicilər isə izləyib çatda yazır. Hamısı brauzerdə və telefonda işləyir, heç nə yükləmək lazım deyil.
Onlayn iqralar — hansı oyunu seçək?
Onlayn iqralar (oyunlar) arasında seçim çoxdur, amma MyLive.az-da hamısı bir yerdədir: stolüstü oyunları sevənlər üçün Nərd və Domino, kart oyunu sevənlər üçün Durak, dəqiqlik istəyənlər üçün Bilyard. Tanışlıq və söhbət üçün Butulka, komanda ilə düşünmək üçün səsli Mafia, gülmək üçün Çək-tap, biliyini yoxlamaq üçün isə sual-cavab oyunu — Bilik yarışı var.
Oyunların hamısı canlı yayımın içində açılır, ona görə oyun həm də söhbətdir: masada oynayırsan, izləyicilər çatda yazır, dostlarını masaya dəvət edirsən. Qeydiyyat bir dəqiqə çəkir, sonra istədiyin oyunu brauzerdə və ya telefonda açırsan.
Bütün oyunlar
- Nərd — Zər at, daşlarını evə topla və birinci çıxar.
- Durak — 36 kartlıq klassik kart oyunu: hücum et, vur, kozırı vaxtında işlət.
- Bilyard — 8 top bilyard: nişan al, vint ver, toplarını luzaya sal.
- Butulka — Masada butulkanı fırlat, tanış ol, hədiyyə göndər.
- Domino — Domino 101: 2 və 4 nəfərlik masalar, cüt-cüt komanda oyunu.
- Mafia — Səsli Mafia: gizli rollar, gecə və gündüz, səsvermə.
- Köstəbək — Hamı sözü bilir, köstəbək bilmir — onu tap və ya özünü gizlət.
- Çək-tap — Biri sözü rəsm kimi çəkir, qalanları tapmağa çalışır.
- Bilik yarışı — Sual-cavab yarışı: düzgün cavabla pillə-pillə irəlilə.