Köstəbək — onlayn blef oyunu
Köstəbək söz və blef üzərində qurulan səsli oyundur. Masadakı oyunçuların hamısına eyni gizli söz göstərilir, yalnız biri — köstəbək — sözü bilmir, ona ancaq kateqoriya məlum olur.
Hər kəs növbə ilə mikrofonda sözə aid qısa ipucu deyir. İpucu nə çox açıq olmalıdır (köstəbək sözü tapar), nə də çox qaranlıq (səndən şübhələnərlər). Sonda hamı köstəbək bildiyi oyunçuya səs verir.
Köstəbək tapılsa, digər oyunçular qalib gəlir; tapılmasa və ya sözü düzgün təxmin etsə, qalib köstəbəkdir. Oyun dostlarla gülmək, bir-birini yoxlamaq və tez düşünmək üçün idealdır.
Qısa qaydalar
- Hər kəs gizli sözü görür, köstəbək yalnız kateqoriyanı.
- Növbə ilə sözə aid qısa ipucu de.
- Köstəbək bildiyin oyunçuya səs ver.
- Köstəbək tapılmasa və ya sözü təxmin etsə, o qalib gəlir.
Köstəbək — dostlarla blef oyunu
Köstəbək oyununda hər söz və hər səs əhəmiyyətlidir: kimin necə danışdığına, nə vaxt susduğuna diqqət et. Blef etməyi sevənlər üçün bu oyun ən maraqlısıdır.
MyLive.az-da Köstəbək ayrıca masalarda, mikrofonla oynanır — dostlarını çağır və birlikdə oynayın.
Tez-tez verilən suallar
Köstəbək oyunu necə oynanır?
Hamıya eyni gizli söz göstərilir, yalnız köstəbək sözü bilmir. Hər kəs növbə ilə qısa ipucu deyir, sonda isə köstəbək bildiyi oyunçuya səs verir.
Köstəbək neçə nəfərlə oynanır?
Oyun bir neçə nəfərlik masada keçir — oyunçular nə qədər çox olsa, köstəbəyi tapmaq bir o qədər maraqlı olur. İpucular mikrofonla deyilir.
Köstəbək necə qalib gəlir?
Köstəbək səsvermədə tapılmasa və ya gizli sözü düzgün təxmin etsə, qalib odur. Tapılsa, digər oyunçular qalib gəlir.
Digər oyunlar
- Nərd — Zər at, daşlarını evə topla və birinci çıxar.
- Durak — 36 kartlıq klassik kart oyunu: hücum et, vur, kozırı vaxtında işlət.
- Bilyard — 8 top bilyard: nişan al, vint ver, toplarını luzaya sal.
- Butulka — Masada butulkanı fırlat, tanış ol, hədiyyə göndər.
- Domino — Domino 101: 2 və 4 nəfərlik masalar, cüt-cüt komanda oyunu.
- Mafia — Səsli Mafia: gizli rollar, gecə və gündüz, səsvermə.
- Çək-tap — Biri sözü rəsm kimi çəkir, qalanları tapmağa çalışır.
- Bilik yarışı — Sual-cavab yarışı: düzgün cavabla pillə-pillə irəlilə.